Martın 27-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı ərazilərində subasma halları istisna olunmur. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Â
Senzor.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Â
Havanın temperaturu gecə 7-9°, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 749 mm civə sütununa enəcək, nisbi rütubət isə 90-95 % təşkil edəcək.
Â
Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Â
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-10°, gündüz 12-16°, dağlarda gecə 0-3°, gündüz 3-5° isti olacaq.