EN

İran XİN başçısı ilə BMT Baş katibi arasında telefon danışığı olub

Bakı. Trend:

İranın xarici işlər naziri Abbas Əraqçi ilə BMT-nin Baş katibiAntonio Quterreş arasında cümə axşamı telefon danışığı baştutub.

Trend xəbər verirki, danışıq zamanı regiondakı son vəziyyət müzakirə olunub.

Əraqçi BMT Baş katibinin diqqətinə çatdırıb ki, İran millitəhlükəsizliyini, suverenliyini və ərazi bütövlüyünü qanuni müdafiəyolu ilə qorumaqda qətiyyətlidir.

Hörmüz boğazındakı mövcud durum barədə məlumat verən Əraqçibildirib ki, rəsmi Tehran bu su yolunda gəmiçiliyintəhlükəsizliyini təmin etmək üçün öz məsuliyyətlərini dərk edərəkzəruri tədbirlər görüb.

BMT Baş katibi isə ölkələrin milli suverenliyinə və ərazibütövlüyünə hörmət edilməsinin vacibliyini vurğulayıb və regiondamüharibənin və qırğınların davam etməsindən ciddi narahatlığınıifadə edib.

Chosen
35
az.trend.az

1Sources