EN

Türkiyənin pley-off finalındakı rəqibi məlum oldu - DÇ-2026

Futbol üzrə dünya çempionatına vəsiqə uğrunda Avropa zonasında pley-offun növbəti yarımfinal oyunları keçirilib.

Redaktor.az xəbər verir ki, Türkiyə millisinin finaldakı rəqibi bəlli olub. Səfərdə Slovakiyaya 4:3 hesabı ilə qalib gələn Kosovo finala vəsiqə qazanıb.

Bundan başqa, İtaliya, İsveç, Polşa və Danimarka yığmaları finala yüksəlib. Uels - Bosniya və Herseqovina və Çexiya - İrlandiya matçlarında isə hesab bərabər olduğundan əlavə vaxt oynanılır. 

 

 

 

DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunları

Yarımfinal

A yolu

23:45. İtaliya - Şimali İrlandiya - 2:0

23.45. Uels - Bosniya və Herseqovina - 1:1 (Əlavə vaxt)

B yolu

23:45. Ukrayna - İsveç - 1:3

24:45. Polşa - Albaniya - 2:1

C yolu

21:00. Türkiyə - Rumıniya - 1:0

23:45. Slovakiya - Kosovo - 3:4

D yolu

23:45. Danimarka - Şimali Makedoniya - 4:0

23:45. Çexiya - İrlandiya - 2:2 (Əlavə vaxt)

Final

Kosovo - Türkiyə

İsveç - Polşa

Avropa zonası üzrə pley-off finalları martın 31-də təşkil olunacaq.

Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək 3 ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək. Mundialda ilk dəfə 48 komanda mübarizə aparacaq.

Chosen
30
4
redaktor.az

7Sources