EN

Baş Qərargah rəisindən həyəcan təbili: “Ordu dağıla bilər…”

İsrail Müdafiə Ordusunun (ÇAXAL) Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir ölkənin hərbi-siyasi kabinetinin iclasında ordunun ciddi kadr çatışmazlığı ilə üzləşdiyini bəyan edib. İsrailin “13-cü kanal”ının yaydığı məlumata görə, general hökumətin qarşıya qoyduğu tapşırıqların sayının artması fonunda ordunun resurslarının tükəndiyini bildirib. “SAXAL çökür. Mən sizin qarşınızda onlarla ‘qırmızı bayraq’ qaldırıram. Orduya təcili olaraq çağırış və ehtiyatda olanların xidmət müddətinin uzadılması ilə bağlı yeni qanunlar lazımdır. Tezliklə sistem bu yükü qaldıra bilməyəcək”, – deyə Zamir xəbərdarlıq edib.

NOCOMMENT.az xəbər verir ki, ordudakı anonim mənbələr tapşırıqların coğrafiyasının durmadan genişləndiyini – Livan, Qəzza, İudeya, Samariya və daha uzaq ərazilərdə əməliyyatların davam etdiyini bildirirlər. Xüsusilə İudeya və Samariyada yaşayış məskənlərinin sayının artması əlavə təhlükəsizlik resursları tələb edir. İsrail hökuməti hərbi büdcəni sonsuz dərəcədə artırmağa hazır olduğunu nümayiş etdirərək artıq 142 milyard şəkil (təxminən 44,8 milyard dollar) vəsait ayırıb. Lakin maliyyə imkanlarının genişliyinə baxmayaraq, insan resursu məsələsi həllini tapmır.

Hazırda SAXAL-a fövqəladə vəziyyət zamanı 450 min nəfərə qədər ehtiyatda olan hərbçini (“tsav şmone” əmri ilə) səfərbər etmək icazəsi verilib. Buna baxmayaraq, Baş Qərargah ehtiyatda olanların uzunmüddətli və intensiv xidmət rejimində dərhal orduya gəlmək qabiliyyətinin zəifləməsindən ciddi narahatlıq keçirir. Ordunun idarəetmə və icra mexanizmlərində yaranan bu boşluqların gələcək hərbi əməliyyatlara mənfi təsir göstərə biləcəyi vurğulanır.

Sara,
NOCOMMENT.az

Chosen
33
nocomment.az

1Sources