EN

Koke “Atletiko”da qalacaq

Yarımmüdafiəçi Koke "Atletiko Madrid"də oynamağa davam edəcək.

90deqiqe.Az-ın "Mundo Deportivo"ya istinadən məlumatına görə, 34 yaşlı futbolçunun “madridsilər” ilə mövcud müqaviləsi 2026-cı il 30 iyuna qədər nəzərdə tutulub. Lakin müqaviləyə avtomatik uzatma opsiyası daxil edildiyi üçün Koke 2026/27 mövsümündə də Madrid klubunun formasını qoruyacaq.

Koke “Atletiko”nun yetirməsidir və karyerası boyunca yalnız bu klubun heyətində çıxış edib. Cari mövsümdə yarımmüdafiəçi bütün turnirlərdə 44 oyuna çıxaraq 2 qol vurub və 3 məhsuldar ötürmə edib. Mütəxəssislər onun transfer dəyərini 6 milyon avro qiymətləndirirlər.

Chosen
42
90deqiqe.az

1Sources