Futbol üzrə dünya çempionatına vəsiqə uğrunda Avropa zonasında pley-off oyunlarına start verilib.
Offsideplus.az xəbər verir ki, gecənin ilk matçı Türkiyə və Rumıniya yığmaları arasında baş tutub.
Matç "ay-ulduzlular"ın minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 54-cü dəqiqədə Fərdi Kadıoğlu vurub.
Türkiyə millisi finalda Slovakiya-Kosovo oyunun qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, gecənin digər matçları Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.