EN

"Xanımlar, əcaib görünürsünüz, sonunuz hara gedir?"

Əməkdar artist Vasif Məhərrəmli plastik əməliyyat etdirən qadınları tənqid edib. 


Manset.az Axşam.az-a istinadən xəbər verir ki, müğənni "Günorta görüşərik" proqramında qonaq olan zaman qatıldığı bir məkanda gördüyü mənzərəni pisləyib. O bildirib ki, orada olan xanımların əksəriyyəti üzündə, dişində xoşagəlməz formada dəyişiklik edib:

"Qarşımda dörd-beş qadın oturmuşdu. əcaib bir şey idi. Yandan, qabaqdan görüntü, dişlər, dodaq əcaibdir. Bu, nə görüntüdür? Hara gedirsiniz, sonunuz nə olacaq sizin? Bizim bəlli bir yaşımız var. Bunlar 20-21 yaşında qız sağlam dişlərini yondurub, başqasını qoydurur"

Chosen
41
16
manset.az

10Sources