EN

Bu qruplaşma ABŞ və İsrailə qarşı müharibəyə qoşulmağa hazırdı

"Ənsar Allah" qruplaşması hadisələrin gedişindən asılı olaraq Yaxın Şərqdəki müharibəyə qoşulmağa hazırdır.

"Yeni Sabah" "Al Jazeera"ya istinadən xəbər verir ki, bunu husilərin lideri Əbdülməlik əl-Husi bəyan edib.

"Hərbi cavab vermək zərurəti yarandıqda münaqişənin əvvəlki mərhələlərində etdiyimiz kimi, yubanmadan müdaxilə edəcəyik", - deyə o bildirib.

İran daha əvvəl qlobal ticarətin əsas mərkəzi olan Babül-Məndəb boğazını bağlamaqla hədələmişdi. Eyni zamanda, ABŞ Nəqliyyat Nazirliyi husilərin boğazda hücumları bərpa edə biləcəyi barədə xəbərdarlıq etmişdi.


Telegram kanalımız
Chosen
34
6
yenisabah.az

8Sources