EN

Hamı ayağa qalxdı, ondan başqa… – VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski qatıldığı beynəlxalq konfransda iştirakçılar tərəfindən ayaq üstə alqışlanıb.

NOCOMMENT.az xəbər verir ki, onun çıxışından sonra zalda olan qonaqların böyük əksəriyyəti dəstək nümayiş etdirərək ayağa qalxıb.

Lakin tədbirdə diqqət çəkən maraqlı məqamlardan biri İspaniyanın Baş naziri Pedro Sançezin davranışı olub. Kameralara əks olunan görüntülərə görə, zalda, demək olar ki, hamı ayağa qalxdığı halda, Sançez yerində oturaraq alqışlara qoşulmayıb.

Bu an qısa müddətdə sosial mediada geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, Zelenskinin çıxışları son dövrlərdə beynəlxalq platformalarda tez-tez geniş dəstək və alqışlarla qarşılanır. /qafqazinfo/

Chosen
24
4
nocomment.az

5Sources