EN

Bu klublara texniki məğlubiyyət verildi

Futzal üzrə Yüksək Liqada çıxış edən "Lənkəran" komandası texniki məğlubiyyət alıb. Metbuat.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.Bölgə təmsilçisi XV turda U-19 kollektivi ilə oyuna təyin olunan vaxtda gəlmədiyi üçün bu halla üzləşib. Bu səbəbdən "Lənkəran"a 0:5 hesablı texniki məğlubiyyət verilib.

Eyni hal futzal üzrə I Liqada da yaşanıb. "Atletiko Baku" PFL-lə görüşə təyin olunan vaxtda getmədiyi üçün 0:5 hesablı texniki məğlubiyyət alıb.

Chosen
35
13
metbuat.az

10Sources