İlk Avropa İttifaqı (Aİ)-Ermənistan sammiti 4-5 May tarixlərində keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Aİ Şurasının prezidenti Antonio Koşta “X” hesabında paylaşım edib.
O, Ermənistanı “yaxın tərəfdaş” adlandırıb və Aİ-nin bu ölkə ilə əlaqələri gücləndirmək üçün can atdığını bildirib.
“Bizi müştərək dəyərlər, eləcə də beynəlxalq hüquqa və qaydalara əsaslanan nizama sədaqətimiz birləşdirir”, - Koşta qeyd edib.
Sammitdən əvvəl Antonio Koşta və Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Yerevanda keçiriləcək Avropa Siyasi İctimaiyyəti iclasında iştirak edəcəklər.
Aİ-Ermənistan sammitində xüsusilə enerji, nəqliyyat və rəqəmsal sahələrdə ikitərəfli əlaqələrin gücləndirilməsi, habelə regionda sülhün irəli aparılması, təhlükəsizlik, konnektivlik, qlobal çağırışlar, o cümlədən Yaxın Şərqdə və Ukraynada gedən proseslər müzakirə olunacaq.