EN

Dartanyanın məzarı tapıldı – 350 illik sirr açılır

Niderlandın Maastricht şəhərində bir kilsənin bərpası zamanı altarın altında dəfn olunmuş insan skeleti aşkarlanıb.

Musavat.com xəbər verir ki, bu tapıntı alimlər arasında böyük maraq doğurub və onun məşhur “Üç muşketyor” qəhrəmanının prototipi sayılan Şarl de Kastelmor Dartanyana aid ola biləcəyi ehtimal olunur.

Məlumata görə, skeletin məhz altarın altında yerləşməsi onun yüksək statuslu şəxsə aid olduğunu göstərir. Qəbirdə həmçinin muşket gülləsinin qalıqları və Fransaya aid sikkə tapılıb ki, bu da versiyanı gücləndirən əsas detallardan sayılır.

Tarixi faktlara əsasən, Dartanyan 1673-cü ildə Maastricht şəhərinin mühasirəsi zamanı həlak olub. Onun dəfn olunduğu yer isə indiyədək məlum deyildi.

Araşdırmaçılar bildirirlər ki, tapıntı kifayət qədər inandırıcı görünsə də, hələlik qəti nəticə yoxdur. Son söz DNT analizindən sonra deyiləcək.

Qeyd edək ki, Dartanyan Üç muşketyor əsərinin əsas obrazlarından birinin real həyatda mövcud olmuş prototipi kimi tarixə düşüb.

Musavat.com

Chosen
6
3
musavat.com

4Sources