EN

Qalatasaray ın oyunundan öncə zədələnən hakim nələr dedi?

Footbal-plus saytına istinadən ain.az xəbər verir.

''Liverpul'' - ''Qalatasaray'' matçına təyinat alan, amma zədələnən Şimon Marçinyak başına gələnlərlə bağlı açıqlamalar verib. Xatırladaq ki, həmin matçda isinmə hərəkətləri zamanı zədə alan Marçinyak 4-cü hakim kimi fəaliyyət göstərməli oldu. Onun yerini isə Pavel Raçkovcki tutdu. "Football-plus.az" xəbər verir ki, DÇ-2022-nin finalını idarə edən və dünyanın ən güclü hakimlərindən biri sayılan polşalı bunları deyib:

''Bu zədə üzündən aylarla hakimlikdən kənar qalacağım haqda deyilənlər tamamilə əsassızdı. Reallıq budu ki, onurğa sütunumdan zədə aldım. ''Liverpul'' - ''Qalatasaray'' oyununu idarə edə bilməməyimin yeganə səbəbi məhz budu. Artıq yüngül məşqlərə və qaçışlara başlamışam. 29 mart - 3 aprel tarixlərində dünya çempionatının hakimləri üçün FİFA tərəfindən təşkil olunacaq toplanışa qatılacam. Hədəfim 3-cü dəfə dünya çempionatında yer almaqdı''.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
31
1
icma.az

2Sources