EN

“Təbəssüm Yarat” komandası bu dəfə mingəçevirli uşaqları sevindirdi - FOTO

Yazını böyüt
Yazını kiçilt

Mingəçevir şəhərində fəaliyyət göstərən “Əlilliyi olan uşaqlar üçün sosial reabilitasiya mərkəzi” və Günərzi qayğı mərkəzində təhsil alan fiziki məhdudiyyətli uşaqlar üçün növbəti sosial aksiya həyata keçirilib.

Hafta.azyazır ki,“Təbəssüm Yarat” komandasının təşkilatçılığı ilə baş tutan tədbir çərçivəsində 50-dən artıq uşağa müxtəlif hədiyyələr təqdim olunub.

Aksiyanın əsas məqsədi uşaqları sevindirmək, onların sosial həyata inteqrasiyasına dəstək olmaq və cəmiyyətin diqqətini bu həssas qrupa yönəltmək olub. Tədbir zamanı uşaqların üzündə yaranan sevinc və təbəssüm iştirakçılar tərəfindən xüsusi məmnunluqla qarşılanıb.

“Bir uşaq gülərsə, dünyamız gülər” mesajı ilə keçirilən aksiya çərçivəsində təşkilatçılar bu təşəbbüsə dəstək göstərən bütün yardımsevər insanlara minnətdarlıqlarını ifadə ediblər.

Qeyd olunub ki, bu cür xeyriyyə tədbirləri gələcəkdə də davam etdiriləcək.

Chosen
39
hafta.az

1Sources