EN

“AZTV-nin sədri məni çağırıb dedi ki, onları efirə buraxa bilmərəm, çünki...”-FOTO+ÖZƏL

“Bayramı ailəmlə, nəvələrimlə birlikdə evdə qeyd etdim. Bir az soyuq dəyib, canım ağrıyır. Bayram ərəfəsində efirlərə də dəvət etmişdilər, özüm getmədim. Həm narahatam, həm də az yaşım yoxdur. Mənim uşaqlarım tez-tez efirə çağırılırlar. Onlara necə lazımdırsa dəstək də oluram. Bəzi sənətkar valideynlər övladlarına dəstək olmurlar. Amma istedadı olandan sonra niyə dəstək olmayım ki? Əlbəttə ki, bu sənət çətindir. Gərək dözəsən də. Hər sənət çətindir də. Asan sənət var ki?”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, tarzən Firuz Əliyev deyib. O daha sonra efirlərdəki dəyişikliklərdən danışıb:


“O vaxt ansambılda konsertmeyster idim. Baloğlan Əşrəfov, Məhəbbət Kazımov, Həbib adlı müğənni var idi, yeni səhnəyə gəlmişdilər. AZTV-nin o vaxt bir sədri var idi. Məni bir dəfə çağırıb dedi ki, mən baxıram onlara, efirə hər adam çıxmasın. Dedim ki, vallah biz onları hazırlayırıq, məşqlər edirik. O vaxt bu adlarını çəkdiyim sənətkarlar savadlı müğənnilər idi. Məhəbbət Kazımov xanəndə idi, Asəf Zeynallı adına musiqi məktəbini bitirmişdi. Bununla belə qadağalar var idi. Amma bu gün fərqli idi. İstedadı olan da efirdə idi, istedadı olmayan da. Hər istedadı olmayan insan bu gün efirə çıxmamalıdır. Televiziyalarda son aylarda aparılan bu islahatları, edilən nəzarətləri yüksək qiymətləndirirəm. Bu yaxşı haldır” deyə sənətkar bildirib.


Əslən buzovnalı olan sənətkar Buzovnadan, dənizkənarından oğurlanan qayalardan da danışıb:


“Mən də xəbərlərdə izlədim, gördüm. Uşaq vaxtı o qədər o qayalıqlarda gəzmişəm ki.. Amma bilmirəm bu qayaları hansı məqsədlə oğurlayıblar?! O qayaları necə apara bilərlər?! Ağlım heç cür kəsmir. Mirzə Ağabəyli Buzovnada yaşayır, o məndən daha yaxşı bilər” deyə sənətkar bildirib.

Chosen
23
1
moderator.az

2Sources