EN

Ağdamda minaya düşən şəxsin vəziyyəti orta ağır olaraq qalır

Azxeber.com saytına istinadən ain.az xəbər verir.

Ağdamda minaya düşərək xəsarət alan şəxsin vəziyyəti orta ağır olaraq qalır.AZXEBER.COM xəbər verir ki, bu barədə "Report"un Qarabağ Bürosuna Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.Xəstəxananın həkim travmatoloqu Hafiz Əliyev qeyd edib ki, minaya düşən şəxsin müalicəsi reanimasiya şöbəsində davam etdirilir:"Ağdamın Yusifcanlı kəndi ərazisində baş verən mina partlaması hadisəsi səbəbilə 1985-ci il təvəllüdlü şəxs 26.03.2026 il tarixdə saat 14:50 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Sol aşağı ətrafın, baldırın 1/3-nə travmatik amputasiya diaqnozu təyin olunmuş pasiyentin müalicəsini davam etdirilməsi üçün o, reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti orta ağır qiymətləndirilir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
40
4
azxeber.com

5Sources