EN

Vətəndaşlar istirahət günlərini təbiət qoynunda keçirirlər-FOTO

Son illər ərzində ölkəmizin xüsusi mühafizə olunan təbiət ərazilərinə, o cümlədən milli parklara vətəndaşların marağında əhəmiyyətli artım müşahidə olunur. Zəngin biomüxtəlifliyi, unikal landşaftları və təmiz təbii mühiti ilə seçilən bu ərazilər ekoturizmin inkişafı, ailəvi istirahətin təşkili və sağlam həyat tərzinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

Bayram və istirahət günlərində Ağgöl, Şahdağ, Abşeron, Samur-Yalama və Qızılağac milli parklarına üz tutan ziyarətçilər burada yaradılmış şəraitdən yararlanaraq həm bayram əhval-ruhiyyəsini bölüşüb, həm də ölkəmizin zəngin təbii irsini yaxından tanımaq imkanı əldə ediblər.

Milli parklarda gəzinti, piknik, foto və video çəkilişləri, eləcə də quş müşahidəsi kimi fəaliyyətlərə marağın artması sevindirici haldır. Bu, əhalinin ekoloji şüurunun yüksəlməsi və təbiətə daha həssas münasibətin formalaşması baxımından müsbət hal kimi dəyərləndirilir.

Eyni zamanda, vətəndaşlara milli parkları ziyarət edərkən mövcud qaydalara riayət etmələri, ətraf mühitin qorunmasına məsuliyyətlə yanaşmaları və təbiətin mühafizəsinə töhfə vermələri tövsiyə olunur.


Chosen
105
ekologiya.az

1Sources