EN

Bu ucuz meyvə damarları və beyni qoruyur

ain.az bildirir, Medicina saytına əsaslanaraq.

Alzheimer xəstəliyinin qarşısını almaq və xolesterolu aşağı salmaq üçün gündəlik pəhrizə bir meyvə daxil etmək vacibdir.

Medicina.az xəbər verir ki, həkim Əmir Xan xurmanın damarları təmizlədiyini açıqlayıb.

O, şirin olsa da gündə 2-3 ədəd yeyilsə qan şəkəri səviyyəsinə təsir etmədiyini və yüksək lif tərkibi sayəsində həzmi və ümumi sağlamlığı yaxşılaşdırdığını söylədi.

Həkim qeyd edib ki, meyvənin digər faydalı xüsusiyyəti xolesterol səviyyəsinə və ürək sağlamlığına müsbət təsir göstərir.

"Tədqiqatlar göstərir ki, xurmadakı antioksidantlar hətta beyin sağlamlığını yaxşılaşdıra və Alzheimer kimi xəstəliklərlə əlaqəli iltihabı azalda bilər", - deyə Xan bildirib və bu tapıntıların hələ ilkin olduğunu vurğulayıb.

Aygün Musayeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
39
1
icma.az

2Sources