EN

SEPAH HDQ-nin kəşfiyyat idarəsinin rəisi Behnam Rezai öldürülüb

İsrail Müdafiə Ordusu SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin (HDQ) kəşfiyyat idarəsinin rəisi Behnam Rezainin öldürüldüyünü açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Bildirilib ki, Behnam Rezai son səkkiz ildə bölməyə rəhbərlik edən SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsiri ilə birlikdə öldürülüb.

Bəyanatda iddia olunub ki, Əlirza Təngsirinin neft tankerlərinə və ticarət gəmilərinə hücumlarda əli olub, həmçinin o, Hörmüz boğazında sərbəst gəmiçiliyə təhdid yaradıb.

Chosen
27
16
ikisahil.az

10Sources