EN

SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin kəşfiyyat idarəsinin rəisi öldürüldü

İsrail Müdafiə Ordusu SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin (HDQ) kəşfiyyat idarəsinin rəisi Bəhnam Rezainin öldürüldüyünü açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Bildirilib ki, Rezai son səkkiz ildə bölməyə rəhbərlik edən SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsiri ilə birlikdə öldürülüb.

Bəyanatda iddia olunub ki, Təngsirinin neft tankerlərinə və ticarət gəmilərinə hücumlarda əli olub, həmçinin o, Hörmüz boğazında sərbəst gəmiçiliyə təhdid yaradıb.


Telegram kanalımız
Chosen
13
16
yenisabah.az

10Sources