EN

Keçmiş məhkum işlədiyi "parnik"dən oğurluq edib

Bakının Xəzər rayonunda yerləşən istixanaların birindən elektrik naqillərinin oğurlanması barədə polisə məlumat daxil olub.

DİN mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı N.Həmidli müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun oğurluq etdiyi istixanada çalışdığı məlum olub. Araşdırmalar davam etdirilir.

Mətləb

Chosen
41
1
sia.az

10Sources