EN

Magistr təhsili almaq istəyənlərin NƏZƏRİNƏ – Bunları bilməsəniz…

Azərbaycanda təhsil sisteminin ən mühüm pillələrindən biri olan magistraturaya qəbul imtahanlarının 2027-ci ildən etibarən tam elektron formata keçirilməsi planı bakalavrlar və mütəxəssislər arasında ciddi müzakirələrə yol açıb. Kağız-qələm dövrünün sona çatması ilk baxışda müasirlik kimi görünsə də, imtahanın məzmunu və texniki icrası ilə bağlı cavabsız qalan suallar narahatlığı artırır. Xüsusilə xarici dil üzrə esse (inşa) yazılmasının kompyuter üzərindən necə tənzimlənəcəyi, məntiq suallarının həlli üçün tələb olunan qaralamaların elektron mühitdə yaradacağı çətinliklər və yaşca daha böyük namizədlərin texnoloji adaptasiyası əsas tənqid hədəfləridir. Elektron sistemin gətirəcəyi mümkün texniki ləngimələr və sualların formatındakı dəyişikliklər imtahanın şəffaflığından çox, namizədlər üçün əlavə psixoloji yükə çevrilmək riskini daşıyır.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan təhsil eksperti Fuad Hacıyev prosesin hazırlıqsız tətbiq edilməsinin fəsadlarından bəhs edərək bildirib ki, magistratura imtahanı sadə test imtahanı deyil və onun elektronlaşdırılması ciddi metodoloji dəyişiklik tələb edir:

“Magistraturaya sənəd verənlər arasında sadəcə builki məzunlar deyil, həm də iş təcrübəsi olan, yaşca daha böyük şəxslər var. Onlar üçün kompyuter arxasında sürətli esse yazmaq və ya mürəkkəb məntiq məsələlərini ekranda həll etmək ciddi vaxt itkisidir. Xarici dildə inşa yazarkən klaviatura vərdişləri olmayan bir namizəd bildiyi sözü belə səhv yaza və ya vaxt çatışmazlığı ilə üzləşə bilər. Digər tərəfdən, məntiq suallarının həlli mütləq şəkildə qaralama kağızı üzərində qeydlər tələb edir. Elektron sistemdə virtual qaralama və ya planşet funksiyası tətbiq olunmasa, namizədin işi ikiqat çətinləşəcək. Bu, imtahanın asanlaşması deyil, texniki baryerlər hesabına süni şəkildə çətinləşdirilməsidir”.

Ekspert vurğulayıb ki, 2027-ci ilə qədər sualların formasında da ciddi sadələşdirmə və ya format dəyişikliyi qaçılmaz olacaq, lakin bu da biliyin ölçülməsi keyfiyyətinə təsir edə bilər:

“Dövlət İmtahan Mərkəzi artıq bəzi sınaqları elektron aparır, amma kütləvi imtahanda sistemin çökməyəcəyinə və ya hər bir regionda eyni keyfiyyətli texniki bazanın olacağına zəmanət yoxdur. Magistratura səviyyəsində esse yazılmasının elektronlaşdırılması zamanı orfoqrafik düzəliş (autocorrect) proqramlarının olması namizədin real dil biliyini gizlədə bilər, olmaması isə mexaniki səhvləri artırar. Biz hələ də kağız üzərində imtahanda belə şikayətlərin şahidi oluruqsa, elektron sistemdəki mümkün gecikmə və ya bağlanma halları bakalavrların illərlə çəkdiyi əziyyəti bir saniyədə boşa çıxara bilər. Bu isə təkcə texniki yenilik deyil, həm də namizədin taleyi ilə riskli bir eksperimentdir. Təhsil sistemi bu keçidə qədər bütün ssenariləri — klaviatura sürətindən tutmuş məntiq tapşırıqlarının rəqəmsal həlli metodlarına qədər hər şeyi fermerlərin gübrə bazarındakı vəziyyəti kimi nəzarətsiz

Chosen
35
nocomment.az

1Sources