ABŞ Prezidenti Donald Tramp NATO ölkələrinin İrana qarşı vəziyyətdə ABŞ-yə dəstək vermədiyini bildirərək alyansı faydasız hərbi blok adlandırıb.
“Cebheinfo.az” xəbər verir ki, o, bu barədə "Truth Social"da yazıb.
Tramp NATO ölkələrinin “heç bir kömək göstərmədiyini” qeyd edib və ABŞ-nin onların dəstəyinə ehtiyac duymadığını vurğulayıb.
Bəzi məlumatlara görə, Avropa ölkələri ABŞ-nin hərbi əməliyyatlarına dolayı şəkildə dəstək verir, bazalar, yanacaq və logistika təmin edir.
NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanı isə bildirib ki, əksər Avropa müttəfiqləri ABŞ-yə ciddi dəstək göstərib.