EN

Azərbaycanda hər gün 12 ədəd avtomobil istehsal olunur


Bu ilin ilk 2 ayı ərzində Azərbaycanda 716 ədəd minik avtomobili istehsal edilib.
Yeniavaz.com 
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə minik avtomobillərinin istehsalı 53,3% artıb.
Bundan başqa bu ilin yanvar-fevral aylarında ölkədə 134 ədəd yük avtomobili istehsal olunub və ötən ilin analoji dövrü ilə müqayisədə 11,2 dəfə artıb.
Qeyd edək ki, bu ilin ilk 2 ayında gün ərzində orta hesabla 12 ədəd avtomobil istehsal olunub.

Elnur Əli
Chosen
42
2
yeniavaz.com

3Sources