EN

Bakıda doğulan Xalq artisti onları məhkəməyə verdi: 176 milyon istəyir

Martın 31-də Moskvanın Balaşixa Şəhər Məhkəməsi Bakıda doğulan Rusiyanın Xalq artisti Larisa Dolinanın dörd fırıldaqçıya qarşı qaldırdığı mülki iddia üzrə ilkin iclası keçirəcək.
 
Moderator.az Lent.az-a istinadla xəbər verir ki, müğənni ona vurulmuş əmlak ziyanına görə 176 141 000 rubl (təxminən 3 637 000 AZN) təzminat istəyir.
 
Xatırladaq ki, keçən il noyabrın sonunda məhkəmə dörd təqsirləndirilən şəxsi Moskvann mərkəzində yerləşən və əvvəllər müğənniyə məxsus olan mənzillə bağlı fırıldaqçılığa görə 4 ildən 7 ilə qədər azadlıqdan məhrum edib.
 
İstintaqın müəyyən etdiyinə görə, cinayətkarlar Dolinanın 175 milyon rubldan çox pulunu ələ keçirib və onu bazar dəyəri 138 milyon rubldan çox olan mənzilini əlindən alıblar. Bank komissiyaları və sövdələşmə xərcləri də daxil olmaqla, ümumi zərər istintaq tərəfindən 317 milyon rubl həcmində qiymətləndirilib.
 
Ötən ilin dekabrında Rusiya Ali Məhkəməsi mənzilin mülkiyyət hüququnu alıcı Polina Luryedə saxlasa da, Dolinanın cinayət qurbanı olduğunu rəsmən tanıyıb.
 
İndi isə martın 31-də başlayacaq yeni məhkəmə prosesi çərçivəsində müğənni itirdiyi vəsaitlərin cinayətkarlardan geri alınmasına çalışacaq.
 
Qeyd edək ki, Larisa Dolina 1955-ci il sentyabrın 10-da Bakı şəhərində yəhudi ailəsində anadan olub. Atası Aleksandr Markusoviç Kudelman, anası isə Qalina İzrailevna Kudelmandır.
 
Chosen
14
2
moderator.az

3Sources