Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr ABŞ və İran arasında aparılacaq istənilən danışıqlar prosesində iştirak etməlidir.
AFP-nin xəbərinə görə, bunu KƏŞ-in Baş katibi Casim Məhəmməd əl-Budeyvi deyib.
“Biz Körfəz Əməkdaşlıq Şurası ölkələrinin istənilən danışıqlarda və ya razılaşmada iştirakının vacibliyini vurğulayırıq”, - əl-Budeyvi qeyd edib.
O əlavə edib ki, İran Hörmüz boğazından keçən gəmilərdən pul tələb edir.