EN

Rektorların təhsil aldığı İXTİSASLAR

Bu gün ali təhsil müəssisələrinə rəhbərlik edən rektorların keçdiyi təhsil yolu hər zaman maraq doğurur. Onların hansı ixtisaslar üzrə təhsil aldıqları, hansı sahələrdən gəldikləri rəhbərlik üslublarına da müəyyən təsir göstərir. Bəziləri iqtisadiyyat, hüquq və ya idarəetmə sahələrində, digərləri isə tam fərqli istiqamətlərdə təhsil alaraq bu mövqeyə yüksəliblər. Bu yazıda hazırda fəaliyyət göstərən rektorların bir zamanlar seçdikləri ixtisaslara nəzər salacağıq.

Doğru.az bildirir ki, AzEdu.az rektorların oxuduqları ixtisaslarla bağlı araşdırma edib:

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov:
1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq ticarət” ixtisası üzrə bakalavr təhsilini fərqlənmə diplomu ilə başa vurub, daha sonra təhsilini Türkiyədə davam etdirərək 2003–2004-cü illərdə Egey Universitetində və 2004-2006-cı illərdə Dokuz Eylül Universitetində “Beynəlxalq biznesin idarə edilməsi” ixtisası üzrə magistratura təhsilini tamamlayıb.

2006-2010-cu illərdə isə Qərb Universitetində “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alıb və eyni zamanda 2006–2007-ci illərdə Beynəlxalq Ticarət İnstitutunda “Elektron ticarət” ixtisasını distant formada başa vurub.

Azərbaycan Dövlət İqtisad Univeritetinin rektoru Ədalət Muradov:

1985-ci ildə Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş və 1990-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov:

Bakı Dövlət Universitetinin coğrafiya və hüquq fakültəsini Fərqlənmə diplomu ilə bitirib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov: 

1998-ci ildə Beynəlxalq Mendeleyev Kimya Olimpiadası qalibi kimi Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsinə imtahansız olaraq-müsabiqədən kənar qəbul olub.

Həmçinin, 2014–2016-cı illərdə ADA və Maastrixt Universitetinin birgə MBA proqramını və 2018–2020-ci illərdə isə Oksford Universitetinin Said Biznes məktəbində ali biznes idarəçiliyi, “Executive MBA” proqramını bitirib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev:

1996-2000-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Tarix müəllimliyi ixtisasının bakalavr, 2000-2002-ci illərdə isə həmin universitetin magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib.

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev:

1978-1983-cü illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini oxuyub.

 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova:

1971-1982-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almışdır. 1982–87-ci illərdə təhsilini Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarixi-nəzəriyyə fakültəsində davam etdirib.

Azərbaycan Dövlət  Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov:

1983-cü ildə Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov:

1972-1978-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova:

Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olmuş və 1976-cı ildə yeni yaranmış Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsini bitirmişdir.

 Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov:

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib.

Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev:

1975-ci ildə Moskva Avtomobil və Yollar İnstitutunu “Avtomobil yolları” ixtisasını bitirib.

DOĞRU.AZ

Chosen
27
3
dogru.az

4Sources