EN

Tramp Mirziyoyevi Mayamidəki G20 sammitinə dəvət ETDİ

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ABŞ Prezidenti Donald Trampdan 2026-cı ilin dekabrında Mayamidə keçiriləcək G20 sammitində iştirak etmək üçün dəvət alıb.

Redaktor.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Asadov bildirib.

Onun sözlərinə görə, Donald Tramp öz məktubunda Şavkat Mirziyoyevin bu ilin fevralında Sülh Şurasının təsis iclasında iştirakını yüksək qiymətləndirib.

Tramp Şavkat Mirziyoyevin Özbəkistanda diqqətəlayiq nəticələr əldə etdiyini vurğulayıb və ABŞ-yə səfər etmək dəvətinə görə minnətdarlığını bildirib.

"Tramp öz məktubunda Özbəkistan prezidentini Sülh Şurasının növbəti görüşünə, eləcə də Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib", - Asadov vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
26
5
redaktor.az

6Sources