EN

Sırf uşaqlarımın atası olduğu üçün...

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Sara Netanyahu qatıldığı tədbirdə ailəsi ilə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib. O, övladlarının atasının kimliyinə görə təzyiq və təhqirlərlə üzləşdiyini deyib.Demokrat.az xəbər verir ki, İsrailin baş naziri Benjamin Netanyahunun həyat yoldaşı bildirib ki, uşaqları yalnız bu soyadı daşıdıqları üçün müxtəlif hücumlara məruz qalır. Onun sözlərinə görə, bu cür hallar həm real həyatda, həm də internet mühitində baş verir və qəbulolunmazdır.Sara Netanyahu qeyd edib ki, uşaqlara qarşı yönələn istənilən təzyiq və zorakılıq açıq şəkildə qınanmalıdır. O, məsələnin ciddiliyinə diqqət çəkərək bu tip davranışların qarşısının alınmasının vacibliyini vurğulayıb.Onun bu açıqlamaları fonunda isə Qəzzada baş verən hadisələr yenidən gündəmə gəlib. Uzun müddətdir davam edən qarşıdurma və son illərdə artan hücumlar nəticəsində bölgədə çox sayda mülki şəxsin, o cümlədən uşaqların həyatını itirdiyi bildirilir. Ərazidə yaşayan uşaqların bir çoxunun əsas ehtiyaclardan məhrum vəziyyətdə olduğu vurğulanır.Digər tərəfdən, İranın Minab şəhərində məktəbə edilən hücum da ciddi itkilərlə nəticələnib. Məlumata görə, hadisə zamanı əksəriyyəti azyaşlı olmaqla 165 nəfər həyatını itirib. Bu hadisənin regionda gərginliyi daha da artırdığı qeyd olunur.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
82
demokrat.az

1Sources