Bu barədə Olaylar.az Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Ötən ilin yanvar-fevral aylarında Azərbaycandan Tunisə neft ixracına dair məlumatlar açıqlanmayıb.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6,264 milyard dollar dəyərində ticarət əməliyyatları aparıb. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 2,64 milyard dollar və ya 29,6% azdır.
Ümumi xarici ticarət həcminin 3,665 milyard dolları ixracın, 2,599 milyard dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 1,102 milyard dollar və ya 23%, idxal isə 1,539 milyon dollar və ya 37,2% azalıb.
Bu, ötən illə müqayisədə 52,4 milyon dollar və ya 5,3% azalaraq 933,6 milyon dollar müsbət saldo ilə nəticələnib.