ain.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq “Sarsılmaz Qardaşlıq-2026” kompüter dəstəkli komanda-qərargah hərbi təliminə start verilib.
Ölkə.Az xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr üzrə müşaviri və sözçüsü kontr-admiral Zeki Aktürk deyib. Onun sözlərinə görə, Sarıqamışda keçirilən Türkiyə-Azərbaycan "Sarsılmaz Qardaşlıq-2026" Kompüter Dəstəkli Komanda Məntəqəsi Təlimi aprelin 1-də başa çatacaq.
Aktürk onu da əlavə edib ki, 2-22 aprel tarixləri arasında Türkiyə və Azərbaycan arasında Heydər Əliyev adına Birgə Canlı Atəş Tabor Əməliyyat Qüvvələrinin Qarsda təlimi keçiriləcək.
Mürtəza
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.