"Qalatasaray"ın hücumçusu Mauro İkardi borca görÉ™ klub rÉ™hbÉ™rliyinÉ™ xÉ™bÉ™rdarlıq edib.Â
Offsideplus.az "Milliyet"ə istinadən xəbər verir ki, argentinalı hücumçu imic hüquqlarına görə ona ödənilməli olan 4 milyon avronu hələ də ala bilmədiyi üçün bu addımı atıb.
Forvardın kluba xəbərdarlıq məktubu göndərməsi rəhbərlik tərəfindən narazılıqla qarşılanıb.
Qeyd edək ki, Mauro İkardi imic hüquqi ilə bağlı müqaviləni "Qalatasaray"ın sabiq vitse-prezidenti Erden Timur və klub konqresinin keçmiş üzvü Murat Özkaya ilə imzalayıb. Həmin şəxslər həbs edildikləri üçün futbolçu ona vəd olunan vəsaiti əldə edə bilməyib.