EN

Qarabağ rəsmisi: Futbol yalnız meydanda oynanan oyun deyil

sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Qarabağ" klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov sosial şəbəkə hesabında paylaşım edib. Sport24.az xəbər verir ki, funksioner Portuqaliyanın paytaxtı Lissabon şəhərində Avropa Futbol Klubları qurumunun tədbirində iştirakı ilə bağlı fikirlərini bölüşüb.Əsgərov Kommersiya, İnnovasiya və Azarkeş Qrupları Bağlantısı (Commercial, Innovation and Fans Club Connect) tədbiri ilə bağlı bunları yazıb: "Böyük klubları dinləmək həmişə maraqlıdır. Eyni zamanda, kiçik və orta futbol ölkələrindən olan klubların da öz yanaşması var. Futbol yalnız meydanda oynanan oyun deyil, yanaşma, sistem və düşüncədir. Əla təşkilatçılığa görə Avropa Futbol Klublarına təşəkkür edirəm".Qeyd edək ki, tədbirdə "Qarabağ"ın marketinq və kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev və əməliyyatlar departamentinin rəhbəri Fərid Ağayev də iştirak ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
62
sport24.az

1Sources