EN

Azərbaycanda polkovnik vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin formalaşmasında mühüm rol oynamış, ehtiyatda olan polkovnik Tofiq Məmmədov dünən qəfil ürək çatışmazlığından vəfat edib.
 
Moderator.az oxu.az-a istinadən xəbər verir k, T.Məmmədovun orduda mühüm xidmətləri olub.
 
O, əmək fəaliyyətinə Sovet dövründə başlayıb, Naxçıvan qarnizonu üzrə əks-kəşfiyyat şöbəsinin rəisi və Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində idarə rəisi vəzifələrində çalışıb. Sonrakı illərdə müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin formalaşmasında fəal iştirak edib, ordunun strukturlaşdırılması və peşəkar kadr potensialının yaradılmasında xidmətlər göstərib.
Chosen
33
20
moderator.az

10Sources