Ağdamın işğaldan azad olunmuş Yusifcanlı kəndində mina partlayışı baş verib.
Musavat.com-un məlumatına görə, hadisə nəticəsində kənd sakini, 1985-ci il təvəllüdlü Abbasov Ceyhun Firdovsi oğlu xəsarət alıb.
Hazırda ANAMA əməkdaşları yaralının ərazidən çıxarılması üçün hadisə yerindədir.
Faktla bağlı araşdırma davam edir.