EN

Artıq bəllidir ki, Azərbaycanın şimalında və cənubunda nə baş verəcək Sabiq nazirdən ANONS

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Artıq tam aydınlaşıb ki, Azərbaycanın şimalında və cənubunda nə baş verəcək. Bu, “isti müharibə” ilə “nə müharibə, nə sülh” vəziyyəti arasında bir növ “sallanma effekti”dir. Belə idarə olunan geosiyasi qarışıqlıq uzun müddət, bəlkə illərlə davam edəcək”. 

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

“Bu böyük qeyri-sabitlik zonalarının arasında, Türk Dövlətləri Təşkilatı üzvlərinin ərazilərində sabitlik qorunur. Bu sabitlik oxunun mərkəzində isə həm Rusiya, həm də İranla sərhədi olan yeganə ölkə olaraq Azərbaycan qalır.

Buna görə siyasətimizin formatı əvvəlcədən müəyyən olunub — neytrallıq və Qoşulmama Hərəkatının prinsiplərinə uyğun şəkildə müdaxilədən çəkinmək.

II Dünya müharibəsi dövrünün Türkiyə və İsveçrə xarici siyasət ənənələri də bizə lazım ola bilər”, – o qeyd edib.

Safura Bənnayeva

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
46
globalinfo.az

1Sources