EN

Türkiyənin neft tankerinə hücum edildi…



Qara dəniz sahillərində Türkiyənin Altura tankerinə hücum edilib.

24TV-də çıxış edənTürkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Əbdülkadir Uraloğlu hücumun pilotsuz qayıq tərəfindən törədildiyinin ehtimal edildiyini bildirib.

“Tanker bir türk şirkətinə məxsusdur. Partlayış gəminin mühərrik otağının yaxınlığında baş verib. Biz bunun pilotsuz qayığın zərbəsi nəticəsində baş verdiyini güman edirik. Mütəxəssislərimiz hadisə yerində işləyir. Gəmidə 27 Türkiyə vətəndaşı var. Onlar xəsarət almayıblar. Hadisə yerinə bütün lazımi resursları göndərmişik və vəziyyəti yaxından izləyirik", - deyə o bildirib.

Qeyd edək ki, İstanbulda yerləşən Pergamon Gəmiçiliyinə məxsus tanker Rusiyadan 140.000 ton neft daşıyırdı.

SAMİRƏ

Chosen
16
baki-xeber.com

1Sources