Ajans.az xəbər verir ki, hadisə rayonun işğaldan azad olunmuş Yusifcanlı kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1985-ci il təvəllüdlü Abbasov Ceyhun Firdovsi oğlu minaya düşərək xəsarət alıb. Hazırda ANAMA əməkdaşları yaralının ərazidən çıxarılması üçün hadisə yerinə cəlb olunub. Faktla bağlı araşdırma aparılır.