EN

Ağdamda mina partladı, kənd sakini xəsarət aldı

Ağdamda mina hadisəsi baş verib.

Aznews.az xəbər verir ki, hadisə rayonun işğaldan azad olunmuş Yusifcanlı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Abbasov Ceyhun Firdovsi oğlu minaya düşərək xəsarət alıb.

Hazırda ANAMA əməkdaşları yaralının ərazidən çıxarılması üçün hadisə yerinə cəlb olunub.

Chosen
27
3
aznews.az

10Sources