EN

Çelyabinskdə məktəbli sinif yoldaşına hücum edib

Moskva, 26 mart, AZƏRTAC

Çelyabinskdə 32 nömrəli məktəbdə doqquzuncu sinif şagirdi sinif yoldaşına hücum edib, daha sonra dördüncü mərtəbənin pəncərəsindən tullanıb. Hər iki yeniyetmə xəstəxanaya yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, yeniyetmə məktəbə plastik arbalet, qaz baloncuğu və siqnal tapançası gətirib, həmin tapançadan yaşıdının üzünə atəş açıb, bundan sonra isə pəncərədən tullanaraq qaçmağa cəhd edib.

Regional Səhiyyə Nazirliyindən bildirilib ki, zərərçəkənlərə tibbi yardım göstərilir, onların həyat və sağlamlığına təhlükə yoxdur. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir, qətl törətməyə cəhd, səhlənkarlıq və təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi maddələri ilə cinayət işi başlanıb.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Chosen
34
2
azertag.az

3Sources