EN

Azərbaycan və Türkiyə arasında “Sarsılmaz Qardaşlıq-2026” təlimi keçirilir

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə “Sarsılmaz Qardaşlıq-2026” kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Türkiyənin Sarıqamış və Qars bölgələrində keçirilən təlim aprelin 1-də başa çatacaq.

Bundan başqa, 2-22 aprel tarixlərində Qars şəhərində Türkiyə və Azərbaycan arasında “Heydər Əliyev Praktiki Atəş Birgə Tabor Tapşırıq Qrupu” təlimlərinin keçirilməsi planlaşdırılır.

Chosen
53
poliqon.az

1Sources