EN

Asiya Kubokunun püşkatması təxirə salındı - SƏBƏB

2027-ci il Asiya Kubokunun püşkatması planlaşdırıldığı kimi, 11 apreldə baş tutmayacaq. 

Fanat.Az xəbər verir ki, Asiya Futbol Konfederasiyası (AFC) 11 apreldə Ər-Riyadda keçirilməsi planlaşdırılan mərasimi Yaxın Şərqdəki gərgin vəziyyət səbəbindən təxirə salmaq qərarına gəlib.

AFC-nin rəsmi saytı bu barədə açıqlama yayıb. Tədbirin yeni tarixi və formatı daha sonra açıqlanacaq.

2027-ci il Asiya Kubokunun final turniri 7 yanvar - 5 fevral tarixlərində Səudiyyə Ərəbistanının üç şəhərində - Ər-Riyad, Ciddə və Əl-Xubarda keçiriləcək. Kubok uğrunda 24 milli komanda mübarizə aparacaq.

Chosen
6
fanat.az

1Sources