EN

"Kurtlar Vadisi"nin məşhur malikanəsi 170 milyona satışa çıxdı

İstanbul Boğazında yerləşən və "Kurtlar Vadisi" serialı ilə yaddaşlara həkk olunan Abud Əfəndi yalısı satışı ilə gündəmə gəlib. SİA "Haber Global"a istinadən xəbər verir ki, tarixi malikanənin 15,23%-lik payı 170 milyon TL qiymətinə satışa çıxarılıb. Üsküdarın Kandilli sahilində yerləşən və Boğazın mavi suları ilə əhatə olunmuş bu tarixi tikili dron vasitəsilə havadan görüntülənib.

Özünəməxsus memarlığı ilə seçilən bina 1835-1855-ci illər arasında Osmanlı saray memarlığının nümayəndələrindən biri olan Qarabet Balyan tərəfindən inşa edilib.

İki mərtəbəli taxta strukturu, ağ fasadı və qırmızı kirəmitli damı ilə diqqət çəkən yalı Boğazın ən seçkin mülklərindən biri hesab olunur.

Mətləb

Chosen
57
5
sia.az

6Sources