Salyanda əvvəllər məhkum olunmuş şəxsdən 1 kiloqram marixuana götürülüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri növbəti əməliyyat zamanı əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ramal Əliyev saxlanılıb.
Ondan 1 kiloqrama yaxın marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, Ramal Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.