EN

Akif Nağı və İran: İran ermənilərinin gücü -FOTO - IV HİSSƏ

Yazının əvvəlini buradan oxuya bilərsiniz: //moderator.az/az/cemiyyet/969493/akif-nai-ve-iran-iranin-azerbaycana-munasibeti-ermenistani-texribata-heveslendirirdi-iii-hisse/

Dünyada ermənilərin ümumi sayı təxminən 10 milyondan 12 milyon nəfərə qədərdir. İran ermənilərin ən sıx məskunlaşdığı 8 dövlətin içərisində 5-ci yerdə durur və müxtəlif mənbələrə görə, burda sayı  80- 100 min arasında göstərilən ermənilər hər yerdə olduğu kimi mütəşəkkil şəkildə birləşiblər. İran erməniləri əsasən böyük şəhərlərdə - Tehran, İsfahan, Kirmanşah, Təbriz, Qəzvin, Həmədan, Xoy, Urmiya, Marağa və sairdə - və həmçinin qismən qəsəbə və kəndlərdə, eləcə də Culfa və Urmiyanın bir sıra ərazilərində yayılıblar. İranda erməni lobbiçiliyin geniş fəaliyyəti sayəsində ermənilər istədikəri imtiyazları İİR ala biliblər. “Müsavat.com”-un araşdırmasında deyilir ki, hazırda İranda, 12-si Culfada olmaqla ümumilikdə 120-dən artıq erməni kilsəsi mövcuddur:” Bundan başqa 29 erməni orta məktəbi və eləcə də Tehran və İsfahan universitetlərində erməni dili və ədəbiyyatı fakültələri mövcuddur.

Erməni məktəblərində həftədə bir dəfə erməni dilində dərslər keçirilir.Bundan başqa Tehranda ermənilərin klubları, ictimai qurumları və təşkilatları mövcuddur. İranda ən böyük xristian azlıq hesab olunan erməniər digər azlıqlarla nisbətdə ən yaxşı durumdadırlar. Avropada, xüsusən də Amerikada yerləşən erməni diasporu ilə İran erməniləri arasında ciddi əlaqələr mövcuddur. Bundan başqa İranda erməni icmasının “Alik” (dalğa), “Araks” (Araz) adlı qəzetləri və “Louys” (işıq) adlı jurnalları mövcuddur. Bəzi məlumatlara əsasən İranda hökumət dini inanc fərqliliyini əsas gətirərək ermənilərin qapalı məkanlarda kütləvi məclislərinə, açıq geyimlərinə müdaxilə etmir. Hətta bir sıra bölgələrdə ermənilərə məxsus klubların olduğu bildirilir. İranda yerli erməniləri özündə birləşdirən Ararat İdman və Mədəniyyət Mərkəzi, Tasnak Təşkilatı, Kilsə Gənclik Təşkilatı, Erməni Tələbə və Gənclər Birliyi, Erməni Vəqfləri, Erməni Mədəniyyəti Dərnəyi kimi humanitar təşkilatlar mövcuddur. 2004-cü il mayın 14-də Amerikanın Los Anceles şəhərində İran ermənilərinin konqresi keçirilib.


Ermənilər son 100 ildə İran siyasi həyatında fəal iştirak ediblər. Ötən əsrin əvvəllərində baş verən məşrutə inqilabında aparıcı fiqurlar arasında ermən Daşnak partiyasının liderlərindən olan Yeprem xan da olub. Ermənisilahlı birləşmələrinə rəhbərlik edən Yeprem xan bir müddət Tehran polisinə rəhbərlik edib. Bundan başqa İran kommunistləri arasında da fəal ermənilər olub. Hazırkı İran parlamentində iki erməni deputat fəaliyyət göstərir.


Ümumiyyətlə, Şərqdə ən böyük böyük erməni diasporlarından biri məhz İranda (Türkiyə, Livan və Suriyada da böyük erməni icmaları mövcuddur.) yerləşir. Bir sıra müşahidəçilərə görə, xüsusən də Tehranda güclü olan erməni diasporası İran hakimiyyətinə təsir göstərə bilir. Bir neçə il əvvəl ortaya çıxan Dağlıq Qarabağa İrandan göndərilən yardımların da sonradan məhz ermən icmasının təşkilatçılığı ilə göndərildiyi ortaya çıxmışdı. 100 mindən çox üzvü olan erməni icması İranda həm iqtisadi, həm də siyasi sahədə ciddi təsir imkanlarına sahibdir. İranda ermənilərin Türkiyə və Azərbaycan əleyhinə rahat şəkildə aksiya keçirməsi onların bu ölkədə ciddi dayaqlarının olduğunu təsdiqləyir. Yeri gəlmişkən, qeyd edək ki, hər il 24 apreldə İran erməniləri Türkiyə əleyhinə böyük aksiyalar keçirir. İranda 8 uydurma "erməni soyqırımı" abidəsi var.


Hətta mütəşəkkil lobbiçiliyə görə 2010-cu ildə İran öz ərazisində Azərbaycana hərbi təchizatı tədarük etməkdən imtina etdi.                                                                                                                              

QAT nümayəndə heyətinin İranda nail olduğu uğurlar

Bütün bunlara baxmayaraq uzun və professional səviyyədə təbliğatdan sonra 2013-cü ilin dekabrında QAT heyəti Təbriz Universitetinin təşkilatçılığı ilə Aran Beynəlxalq Mədəniyyət və Araşdırmalar Mərkəzində “İslam dünyası və Qarabağ” adlı elmi-praktiki konfrans keçirməyə nail oldular.


Konfrans çox məhsuldar keçməsinin əsas səbəbi may ayında Azərbaycan səfirliyi qarşısında keçirilən mitinqdəki soydaşlarımızın yaxşılığa doğru dəyişən münasibəti idi.


Bundan başqa Təbriz Universitetində “Beynəlxalq Qarabağ konfransı. Məqalələrin tezisləri” adlı kitabın təqdimatı keçirildi. Azərbaycan və fars dillərində hazırlanmış kitaba İran və Azərbaycandan olan müəlliflərin əsərləri daxil edildi. Görüşdə Beynəlxalq Qarabağ konfransına hazırlıq işlərinin davam etdirilməsi qərara alındı. Səfər zamanı İran Milli Arxivinin Təbrizdə yerləşən Qədim Əlyazmalar Mərkəzi, Azərbaycan Muzeyi və digər mədəniyyət ocaqları, tarixi yerlər ziyarət olundu.


Səfər yerli mətbuatın da diqqət mərkəzində oldu. “Səhər” telekanalı və Təbriz radiosunda səfərlə bağlı geniş reportaj verildi. Xüsusilə Ərdəbildən gəlmiş “Savalan” telekanalı 2 saatlıq veriliş üçün çəkilişlər apardı, digər mətbuat orqanları da, o cümlədən internet saytları ətraflı məlumatlar verdilər.  

Cənubdakı qardaşlarımızın Azərbaycan nümayəndə heyətinə maraq, sevgi və ehtiram sərgiləməsi fonunda İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının vitse-prezidenti Mənsur Həqiqətpurun nümayəndə heyəti ilə görüşündə  "Ali Rəhbər Xamneyi öz bəyanatlarında Qarabağı İslam torpaqları sayıb və Qarabağ regionunun müdafiəsi və azadlığı yolunda ölənləri şəhid adlandırıb"  demək məcburiyyətində qoydu. 


Səfərin sonunda Qarabağ həqiqətlərinin təbliği, İslam dünyasında Azərbaycanın haqq işinə dəstəyin gücləndirilməsi, Ermənistanın təcavüzkar siyasətinin ifşa edilməsi istiqamətlərində birgə fəaliyyət üçün bir sıra razılaşmalar əldə olundu. Konkret olaraq “İslam dünyası və Qarabağ” mövzusunda müsəlman ölkələrində silsilə tədbirlərin keçirilməsi, İran və Azərbaycanın alimləri, media təmsilçiləri, QHT nümayəndələri və digər qrupların iştirakı ilə Bakı, Təbriz, Ərdəbil və digər şəhərlərdə birgə tədbirlərin keçirilməsi, İranda Qarabağ adına QHT və saytların yaradılması və genişləndirilməsi, universitetlərdə Qarabağ guşələrinin yaradılması nəzərdə tutuldu. Bakıda “Qarabağ məsələsinə İran alimlərinin baxışı” adlı elmi-praktiki konfransın keçirilməsinə dair qərar da qəbul olundu. Həmin dövrdə  Azərbaycana qarşı  aqressiya nümayiş etdirən nüfuzlu dini rəhbərlərin bir çoxunun o cümlədən Ərdəbil imamı S.H. Amilinin, Təbrizin imam cüməsi ayətullah Möhsün Şəbüstərinin Azərbaycana qarşı münasibətində  fərqli bir dəyişiklik oldu. Belə görüş və müzakirələrin birində, daha dəqiq , Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı Azərbaycandan nümayəndə heyəti İranda səfərdə olarkən Şəbüstəri Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu qeyd etdi:” “Qarabağ islam, Azərbaycan torpağıdır, ermənilər oranı işğal ediblər, bu torpaqlar Azərbaycana qaytarılmalıdır”.


Məhz QAT -ın tutarlı təbliğat və təşviqatından sonra  İranda olan QAT nümayəndə heyəti Təbrizin gənc sənətçilərinin hazırladığı “Səttarxan” tamaşasına baxdılar. Məşrutə inqilabının lideri Səttarxanın erməni daşnak, şah rejimində polis rəisi olmuş Yefrem Davidyans  tərəfindən güllələnməsi səhnəsi də  əslində nümayəndə üzvlərinə sürpriz təsiri bağışladı. Bu səhnə ermənilərin müsəlmanlara, türklərə düşmən olduğunu sübut edən səhnə idi. Bütün görüş və söhbətlər iki ölkə arasında buzların əriməsinə yönəlik addımlardan idi.


Yeri gəlmişkən tamaşaçıların içərisində İran parlamentinin o vaxtkı sədr müavini, Təbrizdən millət vəkili Məsud Pezeşkiani (İranın hazırkı prezidenti), digər rəsmilər, tanınmış sənət adamları da vardı. Bu haqda daha geniş məqaləni yaxın günlərdə oxucularımıza çatdıracağıq.


Bir sözlə, bütün bu yazdıqlarımızın məntiqi nəticəsi odur ki, işıqlı, mübariz, vətəni üçün həyatını  riskə atanların əməyini heçə endirməyə çalışan bədniyyət, ağı hər zaman qara çalarda verməyə çalışanların fikirlərinə uymayacaqsınız! Nəzərə alın ki, İran dünyadakı ermənilərin sıx yaşadığı 5-ci ölkədir və burda təbliğat aparan QAT üzvlərinin başına hər bir bəla gəlməsi mümkün idi.


1993-cü ildən Qarabağ deyiləndə Akif Nağı, Akif Nağı deyiləndə Qarabağ yada düşüb. QAT-ın bütün üzvləri Akif Nağının ərtafında sıx birləşərək Qarabağ problemini cəmiyyət tərəfindən bir dəqiqə də olsun unutdurmağa imkan verməyiblər. Azad Vətən Partiyasının,  dolayısı ilə QAT qədrini bilin, onların 27 illik  vətən yolunda çəkdikləri əziyyətləri qiymətləndirin! Bədxahlara inanmayın!

 

Əntiqə Rəşid

Araşdırmaçı jurnalist

Chosen
47
moderator.az

1Sources