EN

"Körfəz ölkələri İranın müttəfiqinə çevriləcək" - Sərdar Cəlaloğlu

"Amerika ilə İsrail müharibəyə başlamazdan öncə İranın gücünü hesablamamışdılar. Burada İranın gücü və İranı müdafiə edən güclərdən söhbət gedir. Bu müharibədən əvvəl də münaqişə olmuşdu. O münaqişədə İran özünü düşünülmüş şəkildə daha zəif və təslimçi mövqedə nümayiş etdirdi. Bir sözlə  İsrail və Amerikanı şirnikləndirdilər".

Bu sözləri "Sitat.info"ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

O bildirib ki, müharibə uzandıqca İran üstünlük əldə edir: "Bu gün görürük ki, İran müdafiə taktikasından hücum taktikasına keçməklə bağlı qərar qəbul edib. Tramp deyir ki, danışıqlara hazırdır, ancaq İran tərəfi isə açıqlama verir ki, artıq hücum taktikasına keçiblər, üstəlik müharibə yalnız onların şərtləri ilə dayandırıla bilər.

Bu o deməkdir ki, artıq müharibədə tamamilə yeni silahlardan, yeni metodlardan istifadə olunacaq. Misal üçün bu yaxınlarda yəhudilərin Londondakı təşkilatında maşınları yandırdılar. İran açıqlama verdi ki, dünyanın heç bir yeri sizin üçün rahat olmayacaq. Hətta müharibə uzandıqca  İrana qarşı müharibəyuə qoşulacağı gözlənilən Körfəz ölkələri İranın müttəffiqinə çevriləcək"

Tehran,

Sitat.info

Chosen
47
1
sitat.info

2Sources