EN

Avropada məişət qazında yüksək miqdarda təhlükəli maddə aşkarlanıb

Qərbi Avropanın bir neçə şəhərində məişətdə istifadə olunan qazda yüksək səviyyədə benzol aşkarlanıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "PSE Healthy Energy" qeyri-kommersiya tədqiqat institutu məlumat yayıb.

Bildirilib ki, tədqiqat çərçivəsində Böyük Britaniya, Niderland və İtaliya ərazisində ümumilikdə 72 məişət qazı nümunəsi toplanıb.

"Amerikalı tədqiqatçılar tərəfindən Qərbi Avropanın bir neçə şəhərində məişət qazında yüksək səviyyədə kanserogen benzol aşkar edilib", - deyə məlumatda qeyd olunub.

Alimlərin araşdırmalarına görə, benzol leykemiya kimi ağır xəstəliklərin yaranmasına səbəb ola bilər və insan orqanizmi üçün digər ciddi mənfi təsirlərə gətirib çıxarır.

Chosen
16
2
far.az

3Sources