EN

Neft tankerinin vurulmasına Türkiyədən ilk reaksiya

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu 140 min ton neft yüklü tankerdə partlayışın xarici müdaxilə nəticəsində baş verdiyini bildirib.

Apa.az xəbər verir ki, nazir sualtı hücum versiyasının araşdırıldığını deyib.

“Sualtı hücumla bağlı ehtimallar dəyərləndirilir. Texniki qruplarımız hadisə yerinə yönləndirilib. Onlar yaxın saatlarda bunu müəyyən edəcəklər. Biz daha dəqiq açıqlamanı araşdırmadan sonra verəcəyik. Amma hazırda onu deyə bilərik ki, bu, müdaxilə nəticəsində baş verən partlayışdır. Xüsusilə də mühərrik bölməsinə yönəlməsi gəmini tamamilə sıradan çıxarmaq məqsədi daşıyır”, – o vurğulayıb.

Qeyd edək ki, Türkiyəyə məxsus ALTURA xam neft tankeri Qara dənizdə dronla vurulub.

DOĞRU.AZ 

Chosen
10
12
dogru.az

10Sources