EN

“La Casa de Papel”in ulduzu Türkiyədə

Yazını böyüt
Yazını kiçilt

"La Casa de Papel" serialındakı Marsel rolu ilə tanınan Luka Peros, Ceyda Atəşin baş rolda oynadığı və prodüserlik etdiyi fantastik qorxu filmi “Zarefel”in çəkilişləri üçün Bitlisdədir.

Hafta.az yazır ki, məşhur aktrisa Ceyda Atəşə dünyaca məşhur serialdakı performansı ilə tanınan Luka Peros da qoşulub.

Atəş və Perosun bəzi səhnələrdə ispan dialoqlarından istifadə etdiyi bildirilib.

Filmin rejissoru Burak Kuka, ssenari müəllifi isə Elçin Sadıkoğludur. Aktyor heyətində Müjde Uzman da var.

Fantastik qorxu filmi arxeoloji qazıntı zamanı tapılan sirli bir güzgünün hekayəsini danışır. Hələlik rəsmi yayım tarixi açıqlanmayıb.

Chosen
31
hafta.az

1Sources