EN

Şagird məktəbdə 3 müəllimi və sinif yoldaşını yaraladı

Rusiyanın Çelyabinsk şəhərində yerləşən 32 saylı məktəbdə qundaqlı yay-oxdan açılan atəş nəticəsində xəsarət alanlar olub.

NOCOMMENT.az istinadən xəbər verir ki, xəsarət alanlar hücumu törədən şəxs, onun sinif yoldaşı və məktəbin bəzi müəllimləridir.

Məlumata görə, 9-cu sinif şagirdi müəllimi hədəf alsa da, ox onun sinif yoldaşı 15 yaşlı qızın baş nahiyəsinə dəyib.

Daha sonra o, məktəbin dəhlizində müəllimlərə qarşı bibər qazı istifadə edib və pəncərədən tullanıb. Pəncərədən tullanarkən ayaqlarının hər iki sınıb.

Hər iki şəxs Çelyabinsk şəhərindəki xəstəxanaya yerləşdirilib.

Bibər qazı səbəbindən məktəbin üç müəllimi də zərər çəkib. Onlara da göz və üz nahiyəsində kimyəvi yanıq diaqnozu qoyulub.

Hadisənin dərs zamanı baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

Chosen
15
4
nocomment.az

5Sources